İstanbulda Əli bəy Hüseynzadənin anım mərasimi keçirilib


İstanbulda Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin anım mərasimi keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulun Qaracaehmed qəbiristanlığında, Əli bəy Hüseynzadənin məzarı başında keçirilən tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, millət vəkili Çingiz Qənizadə, İstanbuldakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Çingiz Qənizadə Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti haqqında danışıb.

Qeyd edək ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Əli bəy Hüseynzadənin məzarını abadlaşdırıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.