
Bayılda evlərin dağılmasına səbəb yamacın antropogen yüklənməsidir.
Azadpress.az xəbər verir ki, ərazidə araşdırma aparan ETSN-nın Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın rəisi Rafiq Həsənov deyib.
Ekspert deyib ki,hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:
"Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. Araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb".