top of page

"Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər"-İlham Əliyev


Azadpress.az Prezident İlham Əliyev Naxçıvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib.

İlham Əliyev deyib ki, son illərdə 8 elektrik stansiyası tikilib və hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək.

"Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik", -deyə,Prezident İlham Əliyev qeyd edib.Azadpress.az AZƏRTAC


bottom of page