top of page

Lənkərandan birbaşa reyslə Moskvaya uça biləcəyik


"Azərbaycan Hava Yolları" Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açır.

Azadpress.az xəbər verir ki, reyslər hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

Qeyd edək ki,vaxtı ilə Lənkəran-Moskva-Lənkəran reysi olub.Azadpress.az


bottom of page