top of page

Qüdsdə görüş-Azərbaycan və İsrail birgə layihələrə başlayır


Azadpress.az xəbər verir ki, Azərbaycan-İsrail hökumətlərarası komissiyanın Qüdsdə ilk iclası baş tutub.

Azərbaycanın vergilər naziri,komissiyanın həmsədri Mikayıl Cabbarov iclasda çıxış edib:

"İsrail və innovasiyalar bu gün sinonimdir. İnnovasiyalar isə hazırda yalnız kompüter texnikası sahəsində deyil, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur.Mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çox sayda birgə layihələr gözləyir"

İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin İsrailin baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət verdiyini deyib:

"Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin daxil olması İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan üçün maraqlı olan məsələlərdə-torpaqların şoranlaşması, ətraf mühitin qorunması,çaylarda suyun səviyyəsi,içməli suyun yenidən bərpası kimi işlərdə İsrail təcrübəsindən bəhrələnə bilər.İsrail isə energetika sahəsində-neft və qaz yataqlarının işlənməsində Azərbaycandan öyrənə bilər"Azadpress.az CursorInfo-ya istinadən


bottom of page