top of page

"Səməd Seyidovun mandatı ləğv olunmayacaq"-Asim Mollazadə


Milli Məclisin deputatı,AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə AŞPA-nın deputat Səməd Seyidova qarşı qaldırdığı iddiaya münasibət bildirib.

Azadpress.az xəbər verir ki,A.Mollazadə Səməd Seyidovun mandatının ləğv olunmayacağını deyib.

Asim Mollazadə bildirib ki,bu qərar Azərbaycana qarşı ikili standartların növbəti nümunəsidir:

"Bu barədə hələlik qərar qəbul edilməsə də, ancaq AŞPA-nın son sessiyasında Azərbaycana qarşı təzyiq kampaniyası başladılıb. Bu da onun tərkib hissəsidir. Ancaq Səməd Seyidovun mandatı ləğv olunmayacaq. Hələlik nə qərar verilməsi barədə rəsmi açıqlama yoxdur. Ən təhlükəlisi o ola bilər ki, müşahidə missiyalarında və məruzəçi şəxs kimi iştirak hüququndan məhrum ediləcək. Bütün bunlar bir daha göstərir ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir”.sfera.az


bottom of page