top of page

Telejurnalist Elnur Niftəliyevin yeni kitabı təqdim olundu


Telejurnalist, Filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” kitabının təqdimatı keçirilib.

Azadpress.az xəbər verir ki,Tədbir BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində baş tutub.

Açılış mərasimində universitetin dekanı, dosent Vüqar Zifəroglu Elnur Nifteliyevin yeni kitabı haqqında qısa məlumat verib.

Müəllif Elnur Niftəliyev ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin rolundan danışıb.O,kitabının Cümhuriyyətimizin 100 illik yubiley tədbirləri çərçivəsində təqdim olunmasından qürur duyduğun bildirib.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mushfiq Alasgarli, Millət vəkili Elman Nəsirov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru, dosent Vüqar Rəhimzadə, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Quliyeva kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu kimi tədbirləri təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Çıxış edənlər qeyd ediblər ki,“Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı kitab mətbuatla maraqlanan tarixçi, filoloq, jurnalist müəllim və tələbələr üçün faydalıdır.

Tədbirin sonunda Elnur Niftəliyev müəllifi olduğu “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” kitabını tələbələrə hədiyyə edib.

Kitabın elmi redaktoru Filologiya elmləri doktoru, professor Şamil Vəliyev, rəyçilər Filologiya elmləri doktoru Abid tahirli və Əməkdar jurnalist Qərənfil Quliyevadır.

Müəllif kitabda Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı barəsində geniş məlumat verib, siyasi proseslərin mətbuata və mətbuatın ona təsirindən bəhs edib, eyni zamanda XX əsrin əvvəllərində Azərbaycanda yaranan siyasi partiyaların, təşkilatların bu sahədəki rolunu təhlil edib.Azadpress.az


bottom of page