Əfv komissiyası sənədləri ölkə başçısına təqdim edəcək


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb:

"Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.TREND


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.