Bakıda keçirilən "Jara" festivalının təşkilatçılarından biri, müğənni Qriqoriy Leps İsrailə buraxılmayıb.
Azadpress.az xəbər verir ki, İsrail Knessetinin deputatı Yuliya Malinovskaya “Facebook” səhifəsində bu haqda yazıb:
"Lepsin konsert turunun şoka düşən təşkilatçısı mənə müraciət edib.O,dedi ki,17 musiqiçi və texniki işçiyə ölkəyə daxil olmaq üçün problemsiz icazə verilib. Yalnız Lepsi İsrailə buraxmayıblar”,- deyə Malinovskaya yazıb.
Qriqoriy Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.Ölkədə çoxlu sayda pərəstişkarı var.Lakin buna baxmayaraq İsrail hökuməti Qriqoriy Lepsi ölkəsində görmək istəməyib.
Lenta.ru saytı 2013-cü ildə ABŞ-da Lepsin ölkəyə girişinə qadağa qoyulduğunu yazıb. ABŞ hökuməti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə şübhəli bilib.
Müğənnini 2016-cı ildə Londona buraxmayıblar.Böyük Britaniya səfirliyi ona viza verməkdən imtina edib.Azadpress.az