Cumhuriyyət xalçasının üzərindəki yazılar sizi heyrətləndirəcək


Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan qədim və nadir xalça üzərindəki yazıların mənası məlum olub.

Azadpress.az Azərxalça” ASC-yə istinadən xəbər verir ki,bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli arasahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində

"Zikr edər cinnü-mələk həm insan.

Yaşasın devletü Azərbaycan"

"Hür azade yaşatsun hamunu.

Hem hüquq olsun er ile nisvan" misraları yazılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib. Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub.

Ölçüsü 178 x129 olan xovlu xalça yundan toxunub.

1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Azərbaycanın mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində öz əksini tapıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.