Ötən il Ermənistanda qeydiyyatdan keçən "Armenian helicopters" xarici kapitallı şirkəti Dağlıq Qarabağa turist daşınmasını həyata keçirə bilər.
Azadpress.az xəbər verir ki, şirkət artıq General Department of Civil Aviation (GDCA)-dan uçuş sertifikatı alıb.
Hələ ötən ilin payızında Ermənistanın nəqliyyat və yüksək texnologiyalar naziri Vaan Martirosyan İtalyanın hava daşıma şirkəti ilə danışıqlar aparıb. Tərəflər şirkətdən təcili tibbi yardım və turizm məqsədləri üçün bir neçə vertolyotun alınmasını müzakirə ediblər.Şirkət Ermənistana dağlıq ərazidə uçuş üstünlüyü olan iki model təqim edib.Lakin Ermənistanda yaradılan yeni "Armenian helicopters" şirkəti ABŞ və Fransa istehsalı olan vertolyotlara üstünlük verib.
Ermənistan mətbuatında yayılan xəbərlərdə bildirilib ki, "Armenian helicopters" şirkəti Ermənistanda və ölkə xaricinə Robinson R66 и AIRBUS EC130T2 vertolyotları ilə səfərlər təşkil edəcək.Bu səfərlərin yay aylarında təşkil edilməsi planlaşdırılır.Azadpress.az