Haqqın.az saytının baş redaktoru,jurnalist Eynulla Fətullayev İsrail səfərindən dönüb.
Yeni Musavata müsahibə verərkən İsrailin tolerant ölkə olduğunu və müsəlmanların sərbəst yaşadığını deyib.
Fətullayev vurğulayıb ki,İsrail həyat səviyyəsinə görə ən yüksək göstəricisi olan ölkədir.
"Demokratik, hüquqi ölkədir. Mən statuslarımdan birində də yazdım ki, İsrailin baş naziri Netanyahu ötən il 7 dəfə korrupsiya faktlarına görə baş prokurorluğa çağırılıb. Hakimiyyət bölgüsü, müstəqil məhkəmə, eyni zamanda müstəqil parlament... Bunlar hüquqi və demokratik dövləti şərtləndirən cəhətlərdir. Amma məni təəccübləndirən nə oldu? İsrailin daxilində 2 milyona yaxın ərəb yaşayır. Məscidləri var, azan verirlər. Bakının bəzi yerlərində azan vermək qadağan olunub, amma İsraildə azan verilir. Bu yaxınlarda Ramzan Kadırov Abuqoş kəndində - orda ancaq çerkezlər yaşayır, Rusiyadan ora köçüblər - 4 minarəli məscid tikdirib. İsraildə islamla, dini tolerantlılıqla bağlı heç bir problem yoxdur. Eyni zamanda böyük inkişaf var".-deyə,E.Fətullayev bildirib.