Rusiyaya mayda qar yağdı


Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin bəzi şəhərlərinə qar yağıb.

Azadpress.az xəbər verir ki, Surqut və Nijnevartovsk şəhərlərinə səhər saatlarından etibarən qar yağmağa başlayıb.

Sinoptiklər qarın sabah da yağacağını proqnozlaşdırır.

Eyni zamanda bölgədə temperaturun gecə saatlarında mənfi 15 dərəcəyədək düşəcəyi gözlənilir.TREND