top of page

Türkiyə rok musiqisinin banisindən Qarabağ mahnısı-VİDEO


Ötən həftə Türkiyədə türk rok musiqisinin banilərindən biri Cem Karacanın doğum günü qeyd edildi.

Musiqiçi, aktyor Cem Karaca da azərbaycanlıdır. Əslən Azərbaycandan olan atası ,aktyor Mehmet Karacanın oğludur. Cem Karaca Azərbaycana olan sevgisini tez-tez dilə gətirib, Qarabağ hadisələri baş verəndə “Qarabağ” adlı mahnı da ifa edib.

Cemin atası Türkiyənin tanınmış teatr aktyoru, anası isə Opera sənətçisi olub. Elə buna görə də, Cem Karaca dünyaya gələndən incəsənət mühitində yaşayıb. Onun fərqli baxış bucaqlarına, dinlərə mənsub valideynləri Cemi daha multikultural bir mühitdə böyüdüb. Cem Karacanın 4-cü həyat yoldaşı İlkim Karacanın sözlərinə görə, onun valideynləri bir-birlərinin həyat tərzlərinə hər zaman hörmət ediblər, Cem Karacanın boynundan asdığı İmam Əlinin qılıncı boyunbağısı atasından, çarpayısının üzərindən asdığı İsa peyğəmbər şəkli isə anasından miras qalıb.Azadpress.az


bottom of page