ABŞ-ın yəhudi icması:"Azərbaycanla dostluğumuzun təməli möhkəmdir"


ABŞ-ın “Commonwealth Club” təşkilatında Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Azadpress.az xəbər verir ki, tədbirdə çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) San Fransisko nümayəndəliyinin direktoru Matt Kahn və AYK-nin Şimali Kaliforniya üzrə regional direktoru Ravvin Serena Eisenberg tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən bu önəmli tədbirə evsahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə ediblər.

Ravvin Selena Eisenberg AYK ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu, bu dostluğun möhkəm təməl üzərində ququrlduğunu deyib. San Fransisko nümayəndəliyinin direktoru Matt Kahn hər il AYK rəhbərliyinin ölkəmizə səfəri barədə xoş təəssüratlarını bölüşüb.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Həmçinin, San Fransisko və ətraf rayonlarda fəaliyyət göstərən Birləşmiş Dinlər Təşəbbüsü, Kontra Kosta Vilayəti Dinlərarası Şurası, Presidio Dinlərarası Şurası, Marin Vilayəti Dinlərarası Şurası və Silikon Vadisi Dinlərarası Şurası kimi tanınmış təşkilatlar tədbirin təşkilində tərəfdaş kimi çıxış ediblər.Azadpress.az