Azadpress.az xəbər verir ki,Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov dəhşətli faktlar açıqlayıb.
O,bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parenteral kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub:
"Qeydiyyatda olanlardan 42, 2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faiz isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qərbə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə HİV-ə yoluxma daha çoxdur. Ən çox cənub zonası - Lənkəran, Astara, Şirvan rayonlarında üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır".Azadpress.az