Bakıda yolları keyfiyyətsiz təmir edirlər-Yenə çökdü


Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb.

Azadpress.az xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib.

Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunublar.

Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur.

Azxeber.com


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.