top of page

Havanadan qalxan sərnişin təyyarəsi yerə çırpılıb-YENİLƏNİR


Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

***

21:38

Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.

Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.Azadpress.az


bottom of page