top of page

Rusiya XİN erməni separatçıları ilə bir arada


Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski Abxaziya separatçılarının lideri Raul Xadjimba, habelə qondarma “DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşüb.

Azadpress.az xəbər verir ki,görüş Abxaziyanın paytaxtı Suxumi şəhərində olub.

Separatçılarla Rusiya XİN görüşü Raul Xadjimbanın təşəbbüsü ilə mayın 17-də baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirərkən deyib ki,Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya Xarici İşlər Nazirliyinə diplomatik kanallarla çatdırılacaq.

“Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”-deyə Hikmət Hacıyev vurğulayıb.


bottom of page