top of page

"Səməd Seyidov bizim mübariz deputatımızdır"-Parlament sədri


Bu gün Milli Məclisdə AŞPA-nın deputat Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya pislənib.

Azadpress.az xəbər verir ki,Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov AŞPA-da ölkəmizə qarşı qəbul edilən sanksiyaya münasibət bildirərkən belə deyib:

"O ki qaldı Səməd Seyidova qarşı ədalətsiz sanksiyaya, bu məsələ çox şişirdilir. Burada nə baş verir? Səməd Seyidova icazə verilməyəcək ki, seçkili orqanlara seçilməsin. Heç seçilmək də istəmir. Seçilməsin də. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç etməsin də. Burada nə var ki, bunu böyüdürlər? Səməd Seyidov bizim mübariz deputatımızdır. O öz işini, mübarizliyini davam etdirəcək”.Azadpress.az


bottom of page