
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı belə deyib:
"60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması dərk edilməkdən uzaqdır. Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Həmişə olduğu kimi, Azərbaycan bu məsələyə töhfə verməyə hazırdır və biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır".Azadpress.az