Azadpress.az xəbər verir ki, bu haqda Gürcüstanın Apsny saytı xəbər yayıb.
Soyadlar siyahısında 3 azərbaycanlı soyadı yer alıb. Azərbaycanlıların qədimdən yaşadığı Gürcüstanda Məmmədov ən geniş yayılmış 2-ci soyaddır. Bu soyadı 28 081 nəfər daşıyır. Əliyev soyadı isə 19 094 nəfərlə 4-cü yerdədir. Hüseynov ən geniş yayılmış 15-ci soyaddır ki, bu soyadı daşıyanların sayı 10 831 nəfər təşkil edir.Gürcüstanda ən çox yayılmış soyad i Beridzedir. Bu soyadı 29 068 nəfər daşıyır.
Gürcüstan Ədliyyə Nazirliyinin vətəndaş reesterinin verdiyi məlumata görə,ölkədə ən çox yayılmış 50 soyad içərisində yalnız gürcü və azərbaycanlı soyadları var.Digər xalqların soyadları geniş yayılmayıb.Azadpress.az