top of page

Lavrov G20 sammitinə getməyəcək


Rusiya XİN-nin başçısı Sergey Lavrov Amerikaya planlanan səfərini təxirə salıb.

Azadpress.az xəbər verir ki,Lavrov Kubaya və Argentinaya səfər etməli idi.

Lakin yayılan məlumata görə,Rusiya Federasiyası hökumətinin birinci iclası ilə eyni vaxta düşdüyü üçün səfər təxirə salınıb.

Lavrov Mayın 21 də Argentinanın paytaxtı Buenos-Ayresdə G20 ölkələrinin sammitində iştirak etməli idi. Rusiya bu sammitə XİN-nin müavini səviyyəsində qatılacaq.

Qeyd edək ki, Rusiya hökumətinin birinci iclası 24 mayda olacaq.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page