
Moskvadakı Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının təqdimat mərasimi keçirilib.
Azadpress.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan təqdimat mərasimində Rusiyada yaşayan azərbaycanlı ziyalılar, tələbələr, Heydər Əliyev Fondunun, səfirlik, diaspor və media nümayəndələri iştirak ediblər.
