top of page

Bakıdan Belqrada aviareys təşkil olunacaq


Serbiya Prezidenti Aleksandr Vuçiçin mayın 21-22-də Bakıya səfəri çərçivəsində Azərbaycan və Serbiya arasında aviasiya və avtomobil nəqliyyatı sahəsində iki saziş imzalanacaq.

Azadpress.az xəbər verir ki,sənədləri Serbiya tərəfdən Baş nazirin müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zorana Mixayloviç imzalayacaq.

Qeyd olunur ki, bu sənədlər Belqrad və Bakı arasında birbaşa aviareyslərin açılmasına şərait yaradacaq, həmçinin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə kömək edəcək.


bottom of page