Ermənistan Azərbaycan əsgərinin ölümünə haqq qazandırıb


Ermənistan XİN mətbuat katibi Tiqran Balayan ötən gün həlak olan Azərbaycan əsgərinin ölümünə haqq qazandırıb.

Azadpress.az xəbər verir ki, dünən İrəvandakı brifinqdə çıxış edən Balayan deyib ki, bu cəbhə xəttindəki gərginliyin nəticədir:

"Biz cəbhə xəttində hər hansı bir yerdəyişmənin qarşısını alacağıq"

Qeyd edək ki, Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.