Hacı Zeynalabdin Tağıyevin evini kim dağıdıb?


“Karat Holdinq”: “Tağıyevin evinin sökülməsinə aidiyyatımız yoxdur” Azadpress.az xəbər verir ki, “Karat Holdinq” Bakıda Murtuza Muxtarov küçəsi, 190 ünvanında yerləşən və bir vaxtlar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmiş tarixi binanın sökülməsinə aidiyyatının olmadığını bildirib:

“Birmənalı olaraq bildiririk ki, “Karat Holdinq”in sözügedən tikintiyə heç bir aidiyyatı yoxdur. Tikinti sahəsinin perimetri boyunca vurulmuş plakatlardan məlum oldur ki, burada Azərbaycan İqtisad Universitetinin (UNEC) müasir tədris binası tikilir. Bizim bu tikintinin sifarişçiləri və podratçıları ilə bağlı məlumatımız yoxdur”. Xatırladaq ki, virtualaz.org-da tarixi tikilinin sökülməsi ilə bağlı məqalə dərc edilmişdi.Virtualaz.org


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.