top of page

Müğənni Mədinə yeni mahnılar təqdim edəcək


Müğənni Mədinə Əsgərova yeni mahnılar üzərində çalışır.

Sənətçinin Azadpress.az-a verdiyi məlumata görə,hazırda bəstəkar aranjemanı üzərində iş gedir.Yaxın vaxtlarda mahnı studiyada lentə alınacaq.

Mahnının janrına gəldikdə isə Mədinə deyib ki,lirik,məhəbbət haqqındadır. Digər mahnı isə vətənpərvərlik mövzusundadır:

"Bilirsiz ki,mən mütamadi olaraq hərbi hissələrdə əsgərlərimiz qarşısında çıxışlar edirəm.Burada da əsasən vətənpərlik haqqında mahnılar oxuyuram.Ona görə də repertuarımda bu mövzuda mahnılarım bol olmalıdır"

Qeyd edək ki, müğənni muğam ustası olmaqla yanaşı müxtəlif janrlarda mahnılar ifa edir. Mədinə Əsgərova Binə Mədəniyyət Mərkəzində vokal xanəndəlik müəllimidir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page