top of page

"Torpaqlarımızın işğalının arxasında Rusiya dayanır"-Deputat


Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiyanın İrəvanı durmadan silahlandırması məsələsinə münasibət bildirərkən belə deyib.

Deputat bildirib ki, torpaqlarımızın işğalının arxasında Rusiya dayanır:

“Biz Rusiya ilə bu işğalın arxasında dayanan dövlət, işğalçı dövlət kimi danışıqlar aparmalıyıq ki, Azərbaycan Cənubi Qafqazda sənin hansı maraqlarını nəzərə ala bilər ki, sən bu münaqişənin həllinə imkan yaradasan? Yox, əgər Rusiya buna getməsə, bizim ölkəmizin suverenliyini sual altına alan tələblər qoysa, təbii ki, o cür tələblər qəbul oluna bilməz. Amma əgər Rusiya sadəcə olaraq regionda öz varlığını qoruyub-saxlamaq istəyirsə, biz şimal qonşumuzun liderliyi ilə yaradılmış regional təşkilatlara qatıla bilərik. Hətta vaxtilə demişdim, Qəbələdəki kimi Rusiyanın Azərbaycanda hərbi bazasının yaradılmasına da getmək olar. Bir şərtlə ki, biz Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edək. Yəni Azərbaycan özünün 20 faiz torpağının azad olunmasının qarşılığında bu addımı ata bilər”.

Qeyd edək ki,Rusiyan növbəti dəfə özünün ənənəsinə sadiq qalaraq tərəfsizlik prinsipinə zidd addım atıb. Belə ki, bir neçə ay sonra Rusiya “Tor M2” zenit-raket komplekslərini Ermənistana ,oradan da Ermənistan Qarabağa çatdıracaq.


bottom of page