top of page

Balarus Azərbaycana yeni növ araqlar ixrac edəcək


Belarusun “Brest likör-araq zavodu” ASC Azərbaycana ixracatı artırmaq niyyətindədir.

Azadpress.az xəbər verir ki,şirkətin satış, marketinq və xarici iqtisadi fəaliyyət idarəsinin rəisi İqor Kravçuk Trend-ə belə deyib.

İ.Kravçukun sözlərinə görə, bu, Azərbaycan bazarında artan tələbatla bağlıdır:

“Azərbaycana ixrac aksiz vergilərinin yüksəldilməsinə baxmayaraq getdikcə artır. Biz həmçinin ixrac olunan məhsulların çeşidini genişləndirmək niyyətindəyik. İndi bizim dilerin sifarişi ilə Azərbaycan bazarı üçün xüsusi olaraq yeni növ araq reseptləri hazırlanır. Fikrimcə, 2018-ci ilin yekunlarına görə biz həcmləri genişləndirəcəyik. Qeyd edim ki, Azərbaycana ixracat 2016-cı ildən 2017-ci ilədək iki dəfədən çox artıb”.


bottom of page