
“Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur, bura digər saytlar da daxildir”.
Azadpress.az xəbər verir ki, Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: “Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.Report