Peşə Təhsili üzrə Dövlət Agentliyinin Lənkəran Peşə Liseyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 İli ilə əlaqədar olaraq videoçarx hazırlayıb.
Videoçarxın hazırlanmasında əsas məqsədlərdən biri bu tarixi hadisəni Şərqin ilk Demoktratik Respublikasının məhz Azərbaycanda yaranması faktını Gənclərimizə bir daha aşılamaqd, Müasir Azərbaycanın Müstəqilliyini Quranlara və Qoruyanlara olan hörmətimizi göstərmək, Peşə Təhsili Müəssilərində təhsil alan Gənclərimizin Ölkəmizə, Müstəqilliyimizə, Bayrağımıza, tarixi nailiyyətlərimizə bağlılığımızı daha da artırmaq və Cəmiyyətimizin hər bir sahəsində aktiv mövqeli bir Vətəndaş kimi formalaşmaqdır.
Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə keçirilməsi ilə bağlı verdiyi Fərmana əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabeçiliyində olan müəssisələr bu istiqamətdə tədbirlər həyata keçirirlər.Azadpress.az