
Azadpress.az xəbər verir ki,Karneqi Fondunun eksperti,britaniyalı jurnalist Tomas De Vaal yeni məqaləsində belə yazıb.
"Başlanğıcda Paşinyan diplomat kimi deyil,kütlədən çıxan bir adam kimi Qarabağın Ermənistanın bir parçası olduğunu deməklə silkələnmə yaratdı.Baş nazir seçilməsindən dərhal sonra Dağlıq Qarabağa gələrək 9 may tədbrilərində iştirak edib.Paşinaynın belə mövqe sərgiləməsi ilk növbədə ölkə daxilindəki vəziyyətlə bağlıdır.Ondan əvvəl Qarabağda döyüşən və üzün müddət Ermənistanı idarə edənlərdən sonra hakimiyyətə gələn Paşinyan öz mandatını doğrulmaq üçün Qarabağ ermənilərinə bildirmək istəyir ki,onlarla həmrəydir"
Ermənistanın yeni baş naziri Dağlıq Qarabağ məsələsinin sərt mövedən çıxış edib.
Qarabağ probleminin həlli prosesinin müəyyən silklənməyə ehtiyacı var,lakin belə çox yox"

Tomas De Vaalın təhlilində qeyd edilir ki,əgər Paşinyan 1993-1994-cü illərdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qaytarılmaması və Dağlıq Qarabağın suverenliyindən danışırsa,deməli,Bakı ilə danışıqlar alınmayacaq və müharibə qaçılmaz olacaq.
"2016-cı ilin aprel döyüşləri bunun necə faciəvi nəticələrinin olacağını göstərdi.Lakin atəşkəs yenə pozulub və mayın 20 də Azərbaycan əsgəri öldürülüb".
Məqalədə ATƏT-in Minsk qrupu da tənqid olunub.Tomas De Vaalın fikrincə,15 il aparılan danışıqlarda hər iki tərəf müəyyən nəticənin əldə edilməsini gözləyirlər,lakin həmsədrlər ciddi işlər görmür və konfliktin həlində irəliləyiş olmur.
Tomas De Vaal bütün bu hadisələrdə Azərbaycan prezidenti İlham Əliyevin təmkinli mövqe sərgilədiyini yazıb.De Vaal qeyd edib ki,hələlik ermənilərin Dağlıq Qarabağla bağlı populist çıxışlarına Azərbaycanın Müdafiə Nazirliyi döyüşkən tərzdə və Xarici İşlər Nazirliyi diplomatik qaydada etirazlarla kifayətlənir.

"Lakin Azərbaycan prezidenti nə vaxat qədər təmkinli davranacaq? Konfliktin sül yolu ilə həlli prosesi ölməkdədir.Danışıqlar prosesini dirçəltmək üçün Ermənistanın yeni rəhbərliyi ifadələrində ehtiyatlı davramalıdır.Qarabağ konfliktinin danışıqlar prosesi incə konstruksiyadır.Bu konstruksiyanın dağılması yeni konfliktin başlanğıcı olacaq"