Qarabağın dünəni,bu günü və sabahı müzakirə olundu


Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə XVII “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfransı keçirilib.

Azadpress.az xəbər verir ki,Konfrans 17 ildir ki, ildə bir dəfə Respublika Günü münasibətilə keçirilir, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Bu ilki konfransa Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaponiya, Litva və digər ölkələrdən Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair məqalələr təqdim olunub, məqalələr “Qarabağ dünən, bu gün və sabah . XVII buraxılış” adı ilə kitab şəklində çap olunub. Kitabın nüsxələri konfrans iştirakçılarına təqdim olunub.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, konfransın moderatoru, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, məqalə müəllifləri çıxış edərək konfransın məqsədi, qoyulan məsələlər, problemlərlə bağlı danışıb, təklif və münasibətlərini bildirib, məqalələrini təqdim ediblər. Dinlənilən məqalələr ətrafında müzakirələr keçirilib.