top of page

Rüstəm İbrahimbəyovun təvazökar cazibəli portreti


Sürrealist rejissor Lui Bunuelin personajına bənzəyən Rüstəm İbrahimbəyov mütamadi olaraq azərbaycanlıları Bakıya yad millət,barbar kimi göstərərək,bizə milli düşmənçilik elan etmiş erməniləri isə Bakı elitası kimi təbliğ edir.Bununla da milli ədavəti daha da qızışdırır.

Mənə maraqlıdır ki,Rüstəm İbrahimbəyov ziyalı bir mühitdə dolaşaraq Bakıda hansı azərbaycanlıları və hansı erməniləri tanıyıb? Şəxsən mənim Bakıda qonşuluqdan tanıdığım ermənilər bunlar idi:

Göy soğan dəstinə kəvər qatıb satan Ema,ermənikənddə(Nəsimi bazarı)məktəblilərə siqaret satan “tetya”Varya,ev oğrusu Qruqen,hər gün azərbaycanlıları soyqırımla hədələyən hambal Aşot və s.

Məhəlləmizdən tanıdığım azərbaycanlılar isə bunlar idi: Poltexnikdə müəllim-Telman, Arif müəllim,APİ-də işləyən Akif müəllim,professor Əsəd müəllim, doktor Səyyarə xanım,BDU-nun dosenti Əli müəllim və s.

Rüstəmin yaydığı cəfəngiyyata görə isə belə çıxır ki,ziyalı Arif müəllim oğru Qruqenə qarşı vəhşilik edib,doktor Səyyarə xanım ona soğan əvəzinə kəvər satan Ema ilə xəyanətkarcasına davranıb… Absurd deyilmi,yoldaş İbrahimbəyov?

Ola bilər ki,Rüstəm İbrahimbəyovda böyük incəsənət xəstəliyi var. O,öz əsərlərinin personajıdır. Adətən rəssamlar çəkdiyi portretləri özlərinə oxşadırlar.Bu,qeyri-ixtiyari alınan şüuraltı prosesdir.Lakin bu dəfə o,əsərlərinin güclü qəhrəmanı deyil,zəif personajıdır.Yəqin ki,barbar,avam,xəbis və qorxaq kimi göstərdiyi azərbaycanlıllar onun özünün ümumiləşmiş obrazıdır.Ola bilər,insan ideal deyil.Biz onu başqa cür tanımışıq, o isə əslində başqa xarakterli olub.Rüstəm də ola bilər ki,öz içindəki xarakterini bütün azərbaycanlılara şamil edir.Amma bunu milliyətə vurğu etmədən göstərsəydi nə gözəl olardı.

Rüstəm İbrahimbəyovun simasına baxanda məndə həmişə “Burjuaziyanın təvazökar cazibəsi” filmi ilə bir assosiasiya yaranıb.Daha doğrusu, film qəhrəmanı Don Rafael obrazında İbrahimbəyovun xarici görünüşünə oxşarlıq hiss edirəm.

Bu filmin qəhrəmanı özünü burjuaziyaya aid edən adi meşşandır. Artıq yaşa dolmuş qoca “aristokrat” ləzzətli nahar etmək,kübar məclislərdə iştirak etmək üçün hər bir kələyə əl atır.Qoca kələkbaz intelligent görkəmi ilə kübar məclislərə qatılır,özünü əsl aristokrat kimi göstərir.Lakin filmin sonunda bu aristokratın xarakteri açılır.Finalda şam etməyə toplaşan yalançı zadəganlar qatillər tərəfindən öldürülür.Bu zaman masanın altında gizlənən aristokrat masa üzərindən buterbrodu qapıb cəld yeyir.Baxmayaraq ki,artıq onu da öldürəcəklər.Ölüm ayağında da qənimətdən faydalanan Don Rafael yeyib-içməkdən doya bilməyən bədbəxtdir.Və ya yeyib-içməyə görə özünü güdaza verən adi bir meşşan.Kinematoqrafda bunu müxtəlif cür yozmaq olar.

İbrahimbəyov də bu mənada ziyalı ola bilməyən zavallıdır. Bədii dillə ifadə etsək,malberti sınıq rəssamıdır. Rüstəm özünü Bakı intelligensiyasına aid etsə də buna nail ola bilməyib.Moskvada da onu ziyalı kimi qəbul etməyiblər.Avropadan isə heç danışmağa dəyməz.Orada sovet ədəbiyyatını makulatura ilə zənginləşdirən belə ssenaristlər kitabxanada şəkil çəkdirməyə yarayırlar.İbrahimbəyov təəssüf ki,əsl bakılı da ola bilməyib.Ən azından ona görə ki,kübar Bakı elitası oğru Qruqen,uşaqlara zəhər satan “tetya” Varya,ermənikənddəki Aşot deyil.

Bəs Rüstəm İbrahimbəyov hansı xalqın ziyalısıdır? Vətənpərvərdir? Tolerantdır? Bu sadə sualların sadə cavabları kifayət edir ki, Rüstəmin portreti hazır olsun.Rüstəm İbrahimbəyovun "təvazökar" cazibəli portreti…

Eldəniz Cəfərov

Azadpress.az saytının baş redaktoru


bottom of page