top of page

Xəzər dənizində tapılan rezin qayıqdakı iki meyit kimlərdir?


Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə kimsəsiz üzən qayıq aşkarlayıb.

Azadpress.az xəbər verir ki,FHN-nın yaydığı məlumatına görə, dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.

Hal-hazırda gəmi sahilə doğru hərəkət edir.

Qeyd edək ki,ötən ay ekstrim idman növləri ilə məşğul olan iki gəncin itməsi haqqında məlumat vermişdik.Ehtimal var ki,rezin qayıqda tapılan meyitlər həmin iki nəfərdir.

Aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb. Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.Azadpress.az


bottom of page