top of page

Tiflisdə AXC-nın 100 illiyi tarixi binada keçiriləcək


Tiflisdə 28 may - Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Gürcüstan paytaxtındakı tarixi binada Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunacaq.

Azadpress.az xəbər verir ki, tədbirdə ölkənin rəsmi şəxsləri, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik korpus rəhbərləri və əməkdaşları, Gürcüstanda yaşayan ziyalılar, fəal şəxslər, universitetlərdə təhsil alan azərbaycanlı tələbələr, QHT rəhbərləri, o cümlədən Azərbaycanın və Gürcüstanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak edəcəklər.GAXA


bottom of page