İlin əvvəlindən Azərbaycanda 130 avtomobil istehsal olunub


2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 83,6 milyon manatlıq məhsul istehsal edilib.

Azadpress.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı 5,6 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

4 ay ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 505 traktor, 130 minik avtomobili istehsal olunub.TREND


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.