
İsrail parlamenti "erməni soyqırımı"nı tanımağı nəzərdə tutan qanun layihəsini müzakirədən çıxarıb.
Azadpress.az xəbər verir ki,parlament sədri Yuli Edelstein layihəni İsrail millət vəkillərinin rədd edəcəyi ehtimalına görə gündəmdən çıxarıb.
İsrail parlamentinin solçu deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma erməni soyqırımının tanınması məsələsini müzakirəyə çıxarmağı qərara almışdılar.