Bu avtomobillər Ukraynadan sonra ən çox Azərbaycana ixrac olunur


Bu ilin birinci rübünün statistik göstəricilərinə əsasən, Azərbaycan Rusiyadan avtomobil ixracının əsas istiqaməti üzrə üçüncü yerdə qərarlaşıb.

Azadpress.az xəbər verir ki, bu barədə "Avtostat" Analitik Agentliyinin məlumatında bildirilir.

İxracın əsas istiqamətləri üzrə lider Latviyadır - göstərilən dövrdə Rusiya minik avtomobilləri ixracının beşdə bir hissəsi (912 ədəd) bu ölkənin payına düşür. Reytinqin ikinci sırasında Ukrayna (881 ədəd) qərarlaşıb, üçlüyü Azərbaycan (593 ədəd) tamamlayır.Report


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.