top of page

"Bu cür adamlar nə üçün efirə buraxılır?"-Rəşid Mahmudov


Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan “Zaurla günaydın” proqramını sərt şəkildə tənqid edib.

Rəşid Mahmudov Sfera.az-a açıqlamasında sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevi hədəf alıb:

“Axı Zaur Baxşəliyev kimdir ki, onun qonaqları da nə olsun? Mən televiziyada açıq şəkildə demişəm ki, Azərbaycanın bəzi telekanalları xalqımızın mənəviyyatını pozmaqla məşğul olur. O necə aparıcılıqdır? Arvad efirdə şıllaq atır, müğənni neyləyir və sairə.Axı bu cür adamlar nə üçün efirə buraxılır? Həmin Zaur Baxşəliyevi mən bir neçə il əvvəl ifşa edib üzünə tüpürmüşəm. Həmin Zaur efirdə fahişəliyi, əxlaqsızlığı təbliğ edir".

Rəşid Mahmudov bildirib ki, bu cür verilişlərdə insanları sındırırlar:

“Özləri də sındırılır, arvadları da onlara kişi kimi baxmır”.


bottom of page