top of page

Bu yayın ən qaynar hiti"Oppalara" gəlir-VİDEO


Müğənni-bəstəkar Murad Arif reper Ramil Nabran ilə ifa etdiyi “Oppalar” mahnısına çəkdirdiyi klipi hazır olub.

Azadpress.az xəbər verir ki, sözügedən klip artıq “Youtube” kanalında yayımlanıb.

Klipin rejissoru Bahh Tee və Assai kimi Rusiyanın hip-hop ifaçıları ilə çalışan həmyerliyimiz Emin Muradovdur.Yeni mahnının sözləri Murad Arifə, musiqisi isə ərəb folkloruna aiddir. Mahnını Elvin İmanov aranjeman edib.

Murad Arif yeni işə xərclənən vəsaiti tam açıqlanmasa da bunun 5 rəqəmli məbləğ olduğu bildirilib:

“İşin keyfiyyəti onun qiyməti haqda təsəvvür yaradır. Tam açıqlamayacağam, amma söhbət 5 rəqəmli məbləğdən gedir. Mən keyfiyyət üçün simiclik etməyi sevmirəm! Yaradıcılığımın elə bir səviyyəsindəyəm ki, mənə olan tələbatı hər işimlə doğrultmalıyam. Baxış çox maraqlı deyil. Süni artırımları özümə yaraşdırmıram. Əsas məsələ, bir layihənin qazandırdığı işlər, məclislər, dəvətlərdir. Bu nəğmə əyləncəli, sadə və yaddaqalan mövsüm mahnısıdır. Məncə bu yayın əsas hiti olacaq”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page