Mayk Tayson azərbaycanlı sirk ustasına əlcək bağışlayıb


ABŞ-da yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov sosial şəbəkədə boksçu Mayk Taysonla fotosunu paylaşıb.

Azadpress.az xəbər verir ki, görüşdə Tayson həmyerlimizə öz imzalı əlcəklərini hədiyyə edib.

Üzeyir Novruzovun Facebook və Instagram hesabında paylaşdığı fotosu izləyicilərinin marağına səbəb olub.

O, şəklin üzərinə “Budur klassik bir əfsanə - Mayk Tayson. Onun mənə hədiyyə etdiyi imzalı əlcəkləri divardan asılacaq”, qeydini yazıb.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.