top of page

Millət vəkili:"Ermənistan rəhbərliyi kompromislərə hazır deyil"


Fransa, Rusiya və ya Amerika prezidentlərindən biri Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək təşəbbüsü ilə çıxış edərsə, bu zaman Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər.

Azadpress.az xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyov Dağlıq Qarabağ danışıqlarının bərpa edilməsi, habelə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün mümkünlüyü haqda danışarkən belə deyib.

Musabəyov bildirib ki, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş böyük dövlətlərin rəhbərlərinin birinin təşəbbüsü sayəsində baş tuta bilər:

“Belə bir görüş ola bilər. Ancaq bu təşəbbüsün kim tərəfindən irəli sürülməsi əhəmiyyətlidir. İkincisi, belə görüş nəticə verəcəkmi? Bu gün Ermənistan rəhbərliyi kifayət qədər çətin olan kompromistlərin yükünü üzərinə götürüb daşımağa hazırdırmı? Mən düşünürəm ki, buna hazır deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanda yeni parlament seçkiləri gözlənilir. Adətən populist dalğası altında hakimiyyətə gələn şəxs çalışır ki, bu dəstəyi itirmədən seçkilərdə öz mövqelərini gücləndirsin. Fikrimcə, indi Ermənistanda hakimiyyətə gələn qüvvənin əsas məqsədi hakimiyyətdə dayaqlarını möhkəmlətməkdir”.

Teleqraf.com


bottom of page