Türkiyə neft ölkəsinə çevrilir


Türkiyənin üç vilayətində neft aşkar olunub.

Azadpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis vilayətlərində tapılıb.

Hazırda həmin bölgələrdə neft ehtiyatlarının həcmi dəyərləndirilir.

Bir müddət əvvəl Türkiyənin energetika naziri Berat Albayrak karbohidrogenlərin tapılması üzrə kəşfiyyat işlərinin genişləndiriləcəyini bildirmişdi.