“Seçkilərdə qələbə qazanacağım halda ölkənin parlament idarə-üsuluna qaytarmaq niyyətindəyən”.
Azadpress.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Məhərrəm İncə “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.
“Biz parlament sisteminə hökmən qayıdacağıq. Bunu parlamentə seçkilər müəyyən edəcək. Müxalifət parlamentdə əksəriyyətə malik olacaq və təxminən iki il ərzində köhnə parlament sisteminin mənfi tərəfləri aradan qaldırılacaq”, - İncə bildirib.
O əlavə edib ki, seçkilərdə qələbə qazanacağı halda, 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra Türkiyədə tətbiq olunan fövqəladə rejimi ləğv edəcək.
Prezidentliyə namizəd söz verib ki, Ankara Avropa İttifaqına tamhüquqlu üzvlüyə nail olacaq və ABŞ-la münasibətlərdə olan böhranı aradan qaldıracaq. Türkiyənin NATO-ya üzvlüyünə toxunan siyasətçi qeyd edib ki, onu müzakirə üçün predmetə çevirmək olmaz.
“Biz Türkiyə və ABŞ arasında yığılmış problemləri həll edəcəyik. Fəthullah Gülənin ekstradisiyası iki ölkə arasında müqavilə çərçivəsində tələb ediləcək. Mən danışıqlar yolu ilə həll edilməyən heç bir probem görmürəm”, - prezidentliyə namizəd vurğulayıb.
Qeyd edək ki, Türkiyədə növbədənkənar president və parlament seçkiləri iyunun 24-də keçiriləcək.Publika.az