top of page

"Əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılmasıdır"


Milli Məclisin iclasında "2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı vergilər naziri Mikayıl Cabbarov belə deyib.

Azadpress.az xəbər verir ki,nazir əsas hədəf kiçik və orta sahibkarlığın vergi yükünün azaldılımasıdır:

“Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.


bottom of page