top of page

Ermənistan Xarici İşlər Nazirliyi:"Əlavə heç nə deyə bilmərik"


Azadpess.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Armen Papikyan deyib.

O,jurnalistlərin Azərbaycanın Naxçıvan istiqamətində sərhəd xəttini dəyişməsi sualına cavab verməkdən yayınıb:

"Müdafiə naziri və XİN başçısı ötən həftə Naxçıvanla sərhəddə olublar.Bundan əlavə heç nə deyə bilməyəcəyəm"

"Bu məsələyə KTMT qarışaqraq Ermənistana yardım edəcəkmi?"sualına isə Papikyanın cavabı belə olub:

“Əgər siz KTMT-nin nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşma və icra edilməli müəyyən maddələr var”.

Ermənistan tərəfi Naxçıvanla bağlı şayələr yayır. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə hərbi fəalllığı barədə informasiya yaymağa başlayıb.Ötən həftə Naxçıvanda qulluq edən Azərbaycan əsgəri həlak olub.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page