İŞİD Əfqanıstanın bütün ərazilərini nəzarətə götürmək istəyir.
Azadpress.az xəbər verir ki, bu sözləri Pentaqonun quru qoşunları komandanı, general Con Nikolson deyib.
“İŞİD terror qruplaşması Əfqanıstanın 34 əyalətindən yalnız üçündə aktiv fəaliyyət göstərir. Hazırda Jauzjan, Nanqarhar və Kunar onların nəzarətindədir”, - general bildirib.
Nikolson onu da əlavə edib ki, bir müddət əvvəl Jauzjanda İŞİD rəhbərlərindən Kari Hikmətulla və onun bir neçə döyüşçüsü məhv edilib.Axar.az