top of page

Leyla Əliyevanın rəsmləri Kiril İstominin Bakı sərgisində


Bakı Şopinq Festivalı çərçivəsində "Port Baku Mall"un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin "LivingwithArt" adlı şəxsi sərgisi açılıb.

Azadpress.az xəbər verir ki, sərgidə "Kirill Istomin Interior Design & Decorating" dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.

Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri quraşdırılıb.

Sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Sərgidə, həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.

Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də tanınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş rəsmlər çəkib. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.


bottom of page